logo
logo logo
logo

Suriyalı muzdlular Ukraynaya qarşı döyüşürlər? - VİDEO

17:06 - 07 İyul 2023

Suriyalı muzdlular Ukraynaya qarşı döyüşürlər? - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Zaporojye vilayətinin Ukrayna ordusunun nəzarətində olan şəhərləri raket hücumlarına məruz qalıb.

“Eyni zamanda, Donetsk, Dnepropetrovsk, Xarkov, Xerson, Nikolayev vilayətlərində də gərginlik davam edib. Rusiya ordusu bu vilayətlərə Azov dənizi sahillərindən İran dronları vasitəsilə kütləvi hücumlar təşkil edib”, - deyə jurnalist bildirib.

Həmçinin qeyd olunub ki, Zaporojyedə aparılan əks-hücum əməliyyatı nəticəsində öldürülən hərbçilər arasında suriyalı muzdlular da olub:

“İki döyüşçünün üzərində aparılan axtarış zamanı onların Suriya vətəndaşı olduğunu göstərən sənədlər tapıldı. Bildirilir ki, bu ilk belə hal deyil”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az