Nazir məşhur deputatın qardaşı oğlunu yüksək vəzifəyə təyin etdi

23:19 - 07 İyul 2023

Nazir məşhur deputatın qardaşı oğlunu yüksək vəzifəyə təyin etdi

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə bu vəzifə Nəcəf Novruzova həvalə edilib.

Qeyd edək ki, Nəcəf Novruzov daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Manset.az-ın əldə etdiyi digər məlumata gör, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az