Vatsapda daha bir YENİLİK

00:00 - 10 İyul 2023

Vatsapda daha bir YENİLİK

Vatsap sosial şəbəkəsində daha bir yenilik edilib. 

 

Manset.az axşam.az-a istinadən bildirir ki, tərtibatçılar birbaşa söhbət siyahısında filtrləməni aktivləşdirməyə imkan verən yeni funksiyanı sınaqdan keçirib. "Gizmochina"nın yaydığı məlumata görə, funksiya "Google Play"də beta test proqramı çərçivəsində 2.23.14.17 yeniləməsində mövcuddur.

Tətbiqin yeni versiyasının təsvirinə əsasən, funksiya söhbətlərin filtrlənməsini daha rahat etməyə yönəlib, çünki indi filtr düyməsi birbaşa söhbət siyahısında, hər bir söhbətdə isə ayrıca yerləşəcək.

Vatsap söhbət siyahısında üç filtr təqdim etməyi planlaşdırır. Onlar istifadəçilərə oxunmamış mesajlar, şəxsi söhbətlər və bizneslə bağlı söhbətlər əsasında söhbətlərini təşkil etməyə imkan verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az