Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğlunun gecə saatlarında intihara cəhd etməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq, səhər saatlarında xəstəxanda ölüb.
E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb. Araşdırma aparılır.