Ruhları çağıran 36 məktəbli xəstəxanalıq oldu

10:11 - 10 İyul 2023

Ruhları çağıran 36 məktəbli xəstəxanalıq oldu

Kolumbiyanın Timbiki şəhərindəki 36 məktəbli ruhları çağırma oyunundan sonra qıc olma və görmə qabiliyyətinin müvəqqəti itkisi ilə xəstəxanaya yerləşdirilib.

 

Manset.az oxu.aza-a istinadən xəbər verir ki, Bəzi uşaqlar isə seansdan sonra huşunu itirib.

Təhsil müəssisəsi rəhbərliyi uşaqların üzərinə müqəddəs su səpməli olub.

“Məktəbli qızlardan birinə müqəddəs su dəydikdə çox qeyri-adi hadisə baş verdi. O müqavimət göstərməyə başladı. Sonra başqa bir şagird ilə də eyni hal yaşandı. Baş verənləri heç nə ilə izah etmək mümkün deyil”, - deyə məktəbin direktoru Emilio Balanta bildirib.

Məlumata görə, bütün zərərçəkənlər artıq sağalıb.

Mümkün versiyalardan birinə görə, məktəblilər şəbəkədə tapdıqları yeni trendin qurbanı olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az