Manset.az xəbər verir ki, APA-nın məlumatına görə, çayda batan şəxslər ata və oğlu olub.
Belə ki, çayda çimərkən boğulanlar 33 yaşlı Əliyev Asif Ələsgər oğlu və onun 4 yaşlı övladı Əliyev Rəvan Asif oğludur.
Bir müddət əvvəl atanın meyiti sudan çıxarılsa da, azyaşlının meyitinin axtarışları davam etdirilir.
***
Batan 2 nəfərdən birinin meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Manset.az xəbər verir ki, gigər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.
Manset.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.