Polad Həşimovun şəxsi əşyaları Tarix Muzeyinə verildi - FOTO

12:48 - 12 İyul 2023

Polad Həşimovun şəxsi əşyaları Tarix Muzeyinə verildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofelya Salmanova tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib.

 

Muzeydən Manset.az-a verilən məlumata görə, yeni qurulan ekspozisiyada general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb.

Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, iyulun 12-də Tovuz döyüşlərinin başlanmasının üç ili tamam olur. Döyüşlərdə general-mayor Polad Həşimovla birlikdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az