Ermənistan Ukraynaya savaş elan etdi – İrəvan dünyaya KƏLƏK GƏLDİ

09:00 - 13 İyul 2023

Ermənistan Ukraynaya savaş elan etdi – İrəvan dünyaya KƏLƏK GƏLDİ

Ermənilər, Ermənistan bu gün tək Azərbaycana qarşı yox, bəşəriyyətə, haqqa-ədalətə qarşı mübarizə aparır. Tipik şər qüvvə obrazını canlandıran Ermənistan barədə bunu demək üçün yeni faktlar, yeni əsaslarım kifayət qədərdir.

44 günlük müharibədən sonar bir çox yerli və xarici ekspertlər, eləcə də siyasət adamları o qənaətə gəldilər ki, Ermənistan daha geridə qalan 30 il müddətində olduğu kimi işğalçılıq siyasətindən daha əl çəkəcək. Lakin sonrakı proseslər bizə müxtəlif aspektlərdən göstərdi və göstərməyə davam edir ki, bu fikirlərdə xeyli tələskənliyə yol verənlər var.

Ermənistan geridə qalan 3 il ərzində 10 noyabr üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə, eləcə də sözdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirləri praktiki olaraq icra etməməklə beynəlxalq ictimaiyyətdə özünə qarşı inam-etimadı hər ötən gün daha çox zədələyir.

2023-cü ilin ilk 6 ayının yekunlarına həsr edilmiş müşavirə zamanı “Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.

Lakin təəssüflər olsun ki, bu gün biz heç də bu konstruktivliyi Ermənistan hakimiyyətindən hələ də görmürük. Əvəzində Laçın, Şuşa, Kəlbəcər və digər istiqamətlərdə mövqelərimizə, yaşayış məntəqələrimizə qarşı artan silahlı təxribatların şahidiyik. Bu isə şübhəsiz ki, yenə də növbəti gözlənilən Brüssel görüşünə mane olmaq, prosesi gərgin mühitdə keçirmək məqsədi ilə törədilir. Çünkü bu ssenari əvvəlki formatlarda - Brüssel, Vaşinqton, Moskva formatları ərəfəsində də təkrarlanıb.

Başına gələn başmaqçı olar…

Belə anlaşılır ki, Ermənistanın xislətində sülh, sabitlik, qonşuluq prinsipləri, ədalətlilik anlayışları mövcud deyil. Bu gün qarşılaşdığımız bir çox faktlar belə düşünməyə ciddi əsaslar yaradır. Ermənistan dövlət və xalq olaraq təəssüf ki, nifrət-kin üzərində bəsləndiyi kimi, ideologiyaları da köləlik, qul, vassallıqdan başqa bir şey deyil.

Bu yaxınlarda qarşılaşdığımız məlumatlar Ermənistan hakimiyyətinin əsl üzünü növbəti dəfə ortaya qoydu. Dünyanın Rusiyanın Ukraynaya qarşı müharibəsini ədalətsiz, işğalçı adlandırdığı bir vaxtda Ermənistan Qərbdəki müttəfiqləri ilə yanaşı dünya ictimaiyyətinə badalaq gəlməkdən çəkinmir.

Belə ki, Ukraynaya qarşı ermənilərdən ibarət yeni formalaşdırılmış batalyon göndərildiyi ilə bağlı kadrlar artıq istər yerli, istərsə də xarici media orqanlarında son zamanlar tez-tez qarşılaşdığımız mənzərədir.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) yaydığı məlumata görə, iyulun 2-də sözügedən "Arbat" adlanan könüllülərdən ibarət batalyonun Moskvadakı erməni kilsəsindən yola salınması mərasimi baş tutub.

“Ukrainskaya Pravda” qəzetinin 4 iyul tarixli sayında da “Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir” adlı məqalə dərc olundu.

Bildirilir ki, Moskvada Erməni Apostol Kilsəsində yeni yaradılmış “ARBAT” adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbiri keçirilib. Bu erməni batalyonu döyüşlərdə Ermənistan bayrağı altında vuruşacaq.

Məqalə fotolarla müşayiət olunur. Həmin fotolarda erməni kilsə xadimlərinin Ukraynanın Donbas regionunda döyüşlərə qatılacaq erməni döyüşçülərə xeyir-dua verməsi əks olunur. Keşişin yeni yaradılmış “ARBAT” batalyonunun komandiri Abrek ləqəbli Hayk Qasparyana xaç çəkərək salamlamasını görmək olar. Hayk Qasparyan Vaqner qrupunda hərbi təlim aldığını bildirib.

 

Diqqət çəkən ən maraqlı məqam isə mərasimdə Armen Sərkisyanın fotolarda xeyir-dua alan batalyon üzvləri arasında olmasıdır. Armen Horlivski (görünür Ukraynanın Qorlovka şəhərindəndir) ləqəbi ilə tanınan Armen Sərkisyan Ukraynada axtarışdadır. O, 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı “ölüm briqadaları” yaradaraq  dinc nümayişçilərə qarşı divan tutan qrupa rəhbərlik edib. Sərkisyanın divan tutduğu nümayişçilər arasında 2014-cü il fevralın 18-dən 19-na keçən gecə qətlə yetirilmiş Ukraynalı jurnalist Vyaçeslav Veremii də var. Veremiini qətlə yetirən Yuri Krısin adlı qatil Ukrayna məhkəməsində etiraf edib ki, Maydanda dinc nümayişçilərə terror aktı törətmək üçün Sərkisyandan 20.000 (iyirmi min) ABŞ dolları alıbmış.

Burada üç məqam diqqət çəkir:

1.        Erməni kilsəsi Ukrayna ərazisində işğalçı müharibəni dəstəkləyir

2.        Erməni kilsəsi dinc Ukrayna əhalisini qırmağa yollanan terrorçuların təşkilatlanmasında iştirak edir

3.        Erməni döyüşçülər dinc Ukrayna əhalisinə qarşı soyqırımında iştirak edirlər

Göründüyü kimi Ermənistan üçün din və dövlət anlayışı terrorizm üzərində qurulub. Bu dövlət üçün işğalçılıq, separatizm, terrorizm dövlət siyasətinin məhz sütunlarından hesab edilə bilər.

Ermənistandan Rusiyaya ixracın son 4 il üzrə yanvar-may ayları ərzində dəyərini əks etdirən rəqəmlərin ortaya çıxması faktı da Ermənistan hakimiyyətinin əsl simasını qənşərə çıxarmaq baxımından olduqca önəmli olan növbəti fakt oldu.

Ermənistandan Rusiyaya ixrac edilən malların geridə qalan 4 ilin ilk 5 ayı ərzində edilən ixracın maliyyə dəyərini təqdim edirəm:

- 2020-ci il yanvar-may ayları: 0,220 milyard dollar
- 2021-ci il yanvar-may: 0,292 milyard dollar
- 2022-ci il yanvar-may: 0,391 milyard dollar
- 2023-cü il yanvar-may: 1,314 milyard dollar

https://cdn.trend.az/2023/07/07/cedvel_070723.jpg

Rəqəmlərdən də aydın görünür ki, Ermənistan hər ötən il Rusiyaya ixracını daha da artırır. Xüsusilə də son ilin rəqəmlərindən açıq şəkildə görünür ki, rəsmi İrəvan ən azı 1 milyard həcmində ixracda artım edib.

Göründüyü kimi, ABŞ-ın və Qərbin xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə davam edir. Rəsmi İrəvan təzyiqlərin yetəri qədər böyük olmamasından istifadə edərək, heç bir şifahi xəbərdarlığa məhəl qoymur.

Rəsmi İrəvan Azərbaycana qarşı işöalçılıq siyasətinin bir vaxtlar davam etdiyi 30 il ərzində olduğu kimi bu gün də Qərbin cəzasızlıq sindromundan cuşa gələrək özünü yenidən ərköyün uşaq kimi aparmağa davam edir. Rusiyanın “gül balası”, Fransanın əziz “bacısı” Ermənistan daha düşünmür ki, bu gün etdikləri vaxt gələcək öz başına gələcək. Həyatda olduğu kimi siyasətdə də oxşar məqamlar var. Onlardan biri də etdiklərinin bumeranq effektinin mövcudluğu faktıdır.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az