Axtarışda olan Oman Sultanlığının vətəndaşı Bakıda SAXLANILDI

16:21 - 13 İyul 2023

Axtarışda olan Oman Sultanlığının vətəndaşı Bakıda SAXLANILDI

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Oman Sultanlığının vətəndaşı Zakariya Abdullah Hassan Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni dələduzluq – külli miqdarda ziyan vurmaqla törədikdikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasına baxmayaraq o, məsuliyyətdən yayınmağa cəhd edib.

Belə ki, 3 ilə yaxın müddətdə paytaxtda, eləcə də respublikanın digər bölgələrində gizlənməyə çalışıb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri Bakı şəhərində müəyyən edilərək saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az