Ağcabədidə 31 yaşlı kişi qohumunu bıçaqlayıb

17:08 - 15 İyul 2023

Ağcabədidə 31 yaşlı kişi qohumunu bıçaqlayıb

Ağcabədidə bıçaqlanma olub.


Manset.az apa-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Tağı Araz oğlu Tağızadə qohumu olan 1988-ci il təvəllüdlü Amil Tofiq oğlu Mamedov ilə sonuncunun yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində münaqişə edib.

Bu zaman T.Tağızadə üzərində saxladığı bıçaqla Amil Mamedovun qarın nahiyəsinə bir dəfə qəsdən zərbə endirməklə xəsarət yetirib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az