Bakının Səbail rayonunda avtomobil məktəblini vurub.
Manset.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun 20-ci sahə ərazisində yerləşən dairəvi yolda baş verib.
Sürət həddini aşan “Toyota Prius” markalı 99-TH-602 dövlət nömrəli nişanlı avtomobil səkidə hərəkətdə olan 3 məktəblidən birini vurub.
Hadisə zamanı məktəbli Məhəmməd Ağayev xəsarət alıb. O, xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib.
Hadisə ilə bağlı polisə məlumat verilib. Hadisə polis əməkdaşları tərəfindən araşdırılır.
