Rusiya "İsgəndər" raketlərinin istehsalını sürətləndirdi

14:03 - 17 İyul 2023

Rusiya \"İsgəndər\" raketlərinin istehsalını sürətləndirdi

Rusiyanın Avtomatika və Hidravlika üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutu (“Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” holdinqinə daxildir) operativ-taktik raket kompleksləri üçün tərkib hissələrin istehsalını dəfələrlə artırıb.

 

Manset.az bu barədə Trend-ə istinadən xəbər verir.

"Avtomatika və Hidravlika üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutu operativ-taktik və taktiki raket kompleksləri üzrə məhsulların istehsalını ötən ilin analoji dövrü ilə müqayisədə bir neçə dəfə artırıb" - məlumatda deyilir.

Bu gün Rusiya ordusunun silahlarına "İsgəndər" operativ-taktik raket kompleksləri daxildir.

Qeyd edək ki, "İsgəndər-M" operativ-taktik raket kompleksləri 500 kilometrədək məsafədə düşmənin kiçik ölçülü və böyük sahəli hədəflərini - raket sistemlərini, reaktiv yaylım atəşi sistemlərini, uzaqmənzilli artilleriya qurğularını, aerodromlarda təyyarə və helikopterlərini, komanda məntəqələri və rabitə qovşaqlarını vurmaq üçün nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az