Bakıda aeroport yolunda avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Manset.az-a məlumat verilib.
Bildirilib ki, aeroport yolu, Ramana qəsəbəsi ərazisindəki yerüstü keçidin yaxınlığında üzü şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İki avtomobilin toqquşması ilə baş verən hadisə səbəbindən həmin istiqamətdə tıxac müşahidə olunur.

