Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Manset.az xəbər verir ki, 1947-ci il təvəllüdlü Raya Rəşid qızı Məlikovanı avtomobil vurub.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.