Bakı və Abşeronda temperatur iqlim normasından yüksək olub - FAKTİKİ HAVA

10:42 - 15 Avqust 2023

Bakı və Abşeronda temperatur iqlim normasından yüksək olub - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olub.

 

Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 15-i saat 09:00-a olan məlumata əsasən avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.

Sinoptik şəraitlə əlaqədar ölkədə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az