Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

12:52 - 16 Avqust 2023

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 19 və 20 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edir.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.

“Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür”, - məlumatda qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az