Erməni təxribatçı Azərbaycan ərazisinə sızmağa cəhd edib

13:47 - 16 Avqust 2023

Erməni təxribatçı Azərbaycan ərazisinə sızmağa cəhd edib

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üvləri geri çəkilməyə məcbur edilib.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, - MN-in məlumatında vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az