"YouTube" yeni reklam bloklama funksiyasını sınaqdan keçirir

15:07 - 16 Avqust 2023

\"YouTube\" yeni reklam bloklama funksiyasını sınaqdan keçirir

“Youtube”, reklam blokerlərini ödənişli abunəçiliyə cəlb etmək üçün dəyişiklik etməyə davam edir.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, platformada reklamı bloklayan proqramdan istifadə edənləri indi pop-up funksiyası qarşısını alacaq.

“YouTube” istifadəçilərə yalnız iki seçim təklif edəcək; Reklam blokerini söndürmək, yaxud “YouTube Premium”da qeydiyyatdan keçmək.

“YouTube” nəinki bu xəbərdarlığı aradan qaldıracaq, həm də istifadəçidən müəyyən müddət ərzində seçim (30 - 60 saniyə) etməyi xahiş edəcək. İstifadəçi ya “YouTube”da reklamlara icazə verəcək, ya da “YouTube Premium”a keçəcək. “YouTube” bu funksiyanı qlobal miqyasda müəyyən qruplarda sınaqdan keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az