Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətindəki qoz ağacəndan asılmış vəziyyətdə aşkarlanıb.
Yeniyetmənin 9-cu sinifdən çıxdığı, avtomobil təmiri yerində usta köməkçisi işlədiyi bildirilib.
Kənd sakinlərinin sözlərinə görə, mərhumun içki aludəçiliyi olub. Anasının, pis vərdişi ilə bağlı oğluna çoxsaylı iradlarından sonra o, intihar edib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Atayev Vidadi Samir oğlunun itkin düşməsi barədə məlumat Tərtər Rayon Polis şöbəsinə 16 avqustda daxil olub.