Qusarda istirahət mərkəzində zəhərlənmə qeydə alınıb.
Manset.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə Qusar rayonunun Caqar kəndində qeydə alınıb.
“Belə ki, baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər (3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir”.
İlkin məlumata görə, hadisə “Park Qusar” istirahət mərkəzində qeydə alınıb.