Ərindən boşanmaq istədi, dönərxananın qarşısında qətlə yetirildi - VİDEO

09:59 - 18 Avqust 2023

Ərindən boşanmaq istədi, dönərxananın qarşısında qətlə yetirildi - VİDEO

Qadın bıçaqla qətlə yetirilib.

 

Manset.az xəbər verir ki, hadisə Salyan şəhərində yerləşən dönərxanaların birinin qarşısında baş verib. 25 yaşlı Günel İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qonşular iddia edir ki, qadın ərindən boşanmaq istəyirmiş. Məsələ də bu səbəbdən böyüyüb.

Qaraş İbrahimov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, ailənin iki övladı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az