Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maşın və avadanlıqların satin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Manset.az-ın “Ölkə.Az”ın məlumatına görə, tenderin qalibi “Lotus Co” MMC olub.
Qalib şirkətlə 2 630,645 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Lotus Co” MMC 01.08.2017-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Cəfərov Seymur Məmməd oğludur. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal 4 MKR, ev 60, m. 89-dur.