Teatr və kinoteartların fəaliyyətinə icazə verilir

18:01 - 24 Sentyabr 2021

Teatr və kinoteartların fəaliyyətinə icazə verilir

Oktyabrın 1-dən etibarən teatr və kinoteartların fəaliyyətinə icazə verilir.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qərara əsasən, 2021-ci il oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa edilir. Həmçinin iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyətinə icazə verilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az