Azərbaycanda gizir hazırlığı kurslarının müddəti artırılır

17:36 - 01 Noyabr 2023

Azərbaycanda gizir hazırlığı kurslarının müddəti artırılır

“Yeni hərbi təhsil sistemində gizirlərin hazırlanması üzrə yeni tələblər müəyyənləşdirilib. Bu ildən etibarən gizir hazırlığı kurslarının müddəti iki il olacaq”.

 

Manset.az xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev deyib.

Onun sözlərinə görə, bu müddət istər hərbi biliklərin, praktiki vərdişlərin öyrədilməsi, aşılanması baxımından, istərsə də orta təhsil almış gəncin hərbçi kimi formalaşması baxımından hərbçi kadr kimi hazırlığında ən optimal müddətdir:

“Gizir hazırlığı kursuna tam orta təhsilli gənclər qəbul olunur. Bu kurs artıq fəaliyyətə başlayıb. İstər zabit hazırlığı, istərsə də gizir hazırlığı bu kurslarda təhsil almaq istəyənlərin, daha dəqiq desək, gələcəkdə zabit, gizir olmaq istəyənlərin vətənpərvərliyi ilə şərtlənir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az