ABŞ-nin strateji atom sualtı qayığı Yaxın Şərqdə - FOTO

16:06 - 06 Noyabr 2023

ABŞ-nin strateji atom sualtı qayığı Yaxın Şərqdə - FOTO

ABŞ-nin “Ohayo” sinifli strateji atom sualtı qayığı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat məsuliyyəti zonasına gedib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə CENTCOM-un bəyanatında bildirilir.

Qeyd edək ki, Mərkəzi Komandanlığın cavabdehlik sahəsinə Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya daxildir.

Xatırladaq ki, Pentaqon Yaxın Şərqə əlavə 300 hərbçi göndərdiyini açıqlamışdı.

Bundan əvvəl məlum olub ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD raketdən müdafiə sistemləri və “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib. Həmçinin ABŞ Yaxın Şərqə “USS Gerald R. Ford” və “USS Dwight D. Eisenhower” aviadaşıyıcılarını, həmçinin səkkiz müşayiət gəmisini göndərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az