“Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq

16:29 - 07 Noyabr 2023

“Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq

SOCAR “Azəriqaz” İB bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

 

Manset.az xəbər verir ki, Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) inzibatı binasında, Xəzər və Qaradağ xidmət sahələrində bayram günləri (8 və 9 noyabr tarixləri) saat 10:00-dan 14:00-a qədər, qeyri-iş günləri (10,11,12 noyabr tarixləri) saat 10:00-dan 17:00-dək, həmçinin “ASAN Kommunal” mərkəzlərində 11 noyabr tarixindən vətəndaşlara xidmət göstəriləcək.

24/7 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək. Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az