Sabahın hava PROQNOZU

12:31 - 08 Noyabr 2023

Sabahın hava PROQNOZU

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Manset.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava üstün olacaq. Gecə və səhər bəzi rayonlarda duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda 0-5° isti, gündüz 8-13° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az