logo
logo logo
logo

Şuşada işlə təmin olunanların sayı açıqlandı - FOTO

14:13 - 08 Noyabr 2023

Şuşada işlə təmin olunanların sayı açıqlandı - FOTO

Şuşada işlə təmin edilən əhalinin sayı açıqlanıb.

 

Dövlət Məşğulluq Agentliyindən Manset.az-a verilən məlumata görə, keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.

Bildirilib ki, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.

Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb.

Belə ki, 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.

Eyni zamanda, Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-dək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az