Hərbçimiz vəfat etdi

12:04 - 16 Noyabr 2023

Hərbçimiz vəfat etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.

 

Bu barədə Manset.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az