Bakıya qonaq gələn alim qəzada öldü

12:12 - 16 Noyabr 2023

Bakıya qonaq gələn alim qəzada öldü

Bakıya qonaq gəlmiş tanınmış alim Arif Acaloğlu dünyasını dəyişib.

 

Manszet.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, İstanbul Mərmərə Universitetinin azərbaycanlı müəllimi, türkoloq alim, əslən Gürcüstanın Bolnisi rayonundan olan Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub.

Hadisə Sabunçu rayonu ərazisində - Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.

Bildirilib ki, A.Acaloğlu paytaxta elmi konfransda iştirak etmək üçün gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az