Masallı sakinindən odlu silah və narkotik götürüldü

17:52 - 18 Noyabr 2023

Masallı sakinindən odlu silah və narkotik götürüldü

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan TOZ-8 markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az