Deputatlar “Heydər zirvəsi”ndə - FOTO

12:40 - 19 Noyabr 2023

Deputatlar “Heydər zirvəsi”ndə - FOTO

Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi millət vəkilləri Sabir Hacıyevin, Cəbi Quliyevin, Əliabbas Salahzadənin, Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyevin və Aparatın əməkdaşlarından ibarət qrupla “Heydər zirvəsi”nə yürüş ediblər

 

Manset.az xəbər verir ki, 17 noyabr tarixində başlanılmış yürüş, 18 noyabr tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. 

Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, hörmət və ehtiramını izhar edən yürüş iştirakçıları ağır hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az