Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanıldı

10:19 - 23 Noyabr 2023

Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanıldı

Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanılıb.

 

Bu barədə Dövlət Sərhəd Xidmətindən Manset.az-a məlumat verilib.

Bildirilib ki, noyabr ayının 22-də saat 03:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Vəlizadə Nəriman Emin oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az