Qəbiristanlıqdan oğurluq edən şəxs SAXLANILDI

13:26 - 23 Noyabr 2023

Qəbiristanlıqdan oğurluq edən şəxs SAXLANILDI

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən 30-dan artıq məzarın ətrafına çəkilən metal məhəccərlərin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Roman Kornev müəyyən edilərək saxlanılıb. Oğurladığı məhəccərlər onun gizlətdiyi yerdən aşkarlanıb və məzarların ətrafının bərpa olunması təmin edilib. 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az