FHN-dən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA

22:32 - 23 Noyabr 2023

FHN-dən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA

Bakının Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov jurnalistlərə bildirib.

Qeyd olunub ki, baş verən yanğına 15 texnika cəlb olunub. Hər mərtəbəsi 120 kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb.

"Yanğının digər binalara keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır", - R.Nəsirov deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az