Şahramanyan 44 günlük müharibəni araşdıran komissiyada dindirilir

11:44 - 24 Noyabr 2023

Şahramanyan 44 günlük müharibəni araşdıran komissiyada dindirilir

Qarabağ separatçılarının sonuncu “rəhbər”i Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyasının iclasında iştirak edir.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” yayıb. 

İclas qapalı şəraitdə keçirilir. 

Qeyd edək ki, noyabrın ortalarında yayılan məlumata görə, Şahramanyan sözügedən komissiyanın rəhbəri Andranik Koçaryanın iclasda iştirakla bağlı təklifini qəbul edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az