Doğuş və dəfn pulları yenə artırılacaq

17:09 - 27 Noyabr 2023

Doğuş və dəfn pulları yenə artırılacaq

“Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxslər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb”. 

 

Manset.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. 

Nazir qeyd edib ki, bu məbləğ mərhələlərlə artırılacaq: “Həm uşağın anadan olmasına, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artım olub. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az