Ziya Məmmədovun qardaşı yeni vəzifəyə GETDİ

11:54 - 28 Noyabr 2023

Ziya Məmmədovun qardaşı yeni vəzifəyə GETDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib. 

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub. 

Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv