logo
logo logo
logo

Sabah 3 rayonda qaz olmayacaq

17:36 - 28 Noyabr 2023

Sabah 3 rayonda qaz olmayacaq

Sabah Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq

 

Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş "Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin "Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı noyabrın 29-də saat 08:00-dan etibarən işlər başa çatanadək "Kətəlparaq”, "Tərtər 2” və "Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az