Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq Yaydı

21:31 - 01 Oktyabr 2021

Mədəniyyət Nazirliyi Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq Yaydı

Mədəniyyət Nazirliyi tanınmış müğənni Səyyad Əlizadınin ölümü ilə bağlı nekroloq yayıb.

 

Manṣet.az xəbər verir ki, nekroloqda deyilir:

 

"Azərbaycan mədəniyyətinə itki üz verib!

 

Müğənni Səyyad Əlizadə ömrünün 63-cü ilində vəfat edib.

 

Sənətçi 1958-ci il avqustun 6-da Füzuli rayonunun Babı kəndində anadan olub.

 

İlk təhsilini Babı kəndindəki orta məktəbdə alan S.Əlizadə uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Təhsil aldığı illərdə "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olub.

 

1987-ci ildə ilk albomu işıq üzü görür.Mərhum sənətçi "Gözlərimin yaşı", "Bəyaz gecələr”, "Gül ki, ürəyim gülsün", "Bizim Metropoliten" kimi mahnıların ifaçısı olub.

 

Allah rəhmət elsin!"

PAYLAŞ


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az