Saakaşvili həbsindən bir neçə dəqiqə əvvəl gürcü xalqına müraciət edib – VİDEO

21:54 - 01 Oktyabr 2021

Saakaşvili həbsindən bir neçə dəqiqə əvvəl gürcü xalqına müraciət edib – VİDEO

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbs edilməzdən əvvəl feysbukda gürcü xalqına videomüraciət edib.

Manşet.az xəbər verir ki, Saakaşvili müraciətində deyib:

“Böyük ehtimalla, məni indi Tbilisidə tutacaqlar. Ancaq demək istəyirəm ki, heç nədən qorxmayın və sabah seçkilərə gedin və səsinizi verin. Ayın 3-də hamımız birlikdə qələbəmizi qeyd edəcəyik. Mən sizə kömək etmək üçün gəldim, başqa seçimimiz yox idi. Heç nədən qorxmuram və sizi də qorxmamağa çağırıram”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az