Kamran Əliyev Naxçıvanın sabiq prokurorunu yeni vəzifəyə təyin etdi - FOTO

10:46 - 29 Noyabr 2023

Kamran Əliyev Naxçıvanın sabiq prokurorunu yeni vəzifəyə təyin etdi - FOTO

Azərbaycan Respublikası Baş Prokurorluğunda növbəti kadr təyinatı olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.  

Səbuhi Şahverdiyev yeni vəziyəyə təyinatı ilə bağlı faktı Manset.az-a təsdiq edib.

 

Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib

 

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv