"ARB 24"də iş imkani: Növbəti təlimin vaxti açiqlandı - FOTOLAR

16:14 - 29 Noyabr 2023

\"ARB 24\"də iş imkani: Növbəti təlimin vaxti açiqlandı - FOTOLAR

 Bakı Dövlət Universiteti və "ARB 24" telekanalı arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşan 2-ci "NewsLab" proqramı yekunlaşıb.

 

Manset.az xəbər verir ki, 3 ay davam edən təlimlərdə iştirakçılar xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj üzrə müvafiq biliklərə yiyələniblər. Builki müsabiqəyə 8-i jurnalistika, 3-ü digər fakültə tələbəsi olmaqla ümumilikdə 11 gənc qatılıb.

Təlimlərdə iştirak edənlərə sertifikatlar təqdim olunub. Proqramı uğurla başa vuran 6 iştirakçı "ARB 24"də işə götürülüb.

Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2024-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır və proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv