Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ

14:56 - 01 Dekabr 2023

Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ

Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.

 

Manset.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

TƏBİB rəsmisi bildirib ki, artıma səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

O qeyd edib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir:

“Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks-göstəriş olan hallar da var”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az