Emin Əmrullayev məktəblərə qızılcaya görə tapşırıq verdi

19:19 - 03 Dekabr 2023

Emin Əmrullayev məktəblərə qızılcaya görə tapşırıq verdi

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasına başlanılıb. 

 

Manset.az  xəbər verir ki, bununla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev tapşırıq verib. 

Tapşırığa əsasən, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasına start verilib. 

Artıq paytaxt və regionlar üzrə dezinfeksiya işləri davam etdirilir. 

Xatırladaq ki, ölkədə son günlər məktəblilər arasında qızılca xəstəliyinə yoluxma halları intensivləşib. Qızılcaya görə Bakıda 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib. /İqtisadiyyat.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv