Zəlzələdən sonra dəmir yolunda qatarların sürəti aşağı endirildi

09:34 - 07 Dekabr 2023

Zəlzələdən sonra dəmir yolunda qatarların sürəti aşağı endirildi

Azərbaycan ərazisində dekabrın 7-də səhər saatlarında baş vermiş 5.6 maqnitudalı zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

 

Manset.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv