Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.
Manset.az xəbər verir ki, agentliyin mütəxəssisləri tərəfindən yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Yoxlamalar zamanı yol infrastrukturunda heç bir ziyan müşahidə edilməyib.
Yoxlamaların günün sonunadək davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, zəlzələ ilə əlaqədar agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət daha da gücləndirilib.
***
10:30
Yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.
Manset.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən yol infrastrukturuna baxış keçirilir, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.
Gün ərzində də yoxlamalar davam etdiriləcək.
Bundan başqa, agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.