İyul ayının 4-də zəlzələ baş vermişdi. Ondan sonra qalan enerjinin nəticəsi olaraq bu gün yeraltı təkanlar hiss edildi.
Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələyə dair brifinqdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, iyulda baş vermiş zəlzələdən sonra tam enerji boşalması olmadığı üçün bu gözlənilən zəlzələ idi.
Qurban Yetirmişli deyib ki, bugünkü zəlzələ 51 saniyə davam edib: "Zəlzələnin hiss olunması isə 47 saniyəyə qədər olub. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb".
RSXM sədri deyib ki, əhaliyə yaxın müddət üçün güclü zəlzələ olmayacağı bildirilirsə, bu, elmi olaraq əsaslandırılaraq deyilir.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə qeyd edib ki, bu gün zəlzədən sonra dağıntı, binalara xəsarət dəyməsi barədə fakt aşkarlanmayıb.