Ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib. Bundan əvvəl isə hərbçimizə 20 il həbs cəzası vermişdilər.
Manset.az xəbər verir ki, deputat Aydın Mirzəzadə "Unikal"a açıqlamasında hərbçimiz Hüseyn Axundovun Ermənistan dövləti qarşısında hər hansı bir cinayəti olmadığını bildirib:
"Bu, siyasi qərardır. Bunu Azərbaycana siyasi təzyiq göstərmək üçün istifadə edilən metod hesab etmək olar. Ermənistan hesab edir ki, bizim orada qeyri-qanuni məhkəməsi keçirilən, əsir saxlanılan vətəndaşımızla bağlı Azərbaycan ciddi güzəştlərə gedəcək. Əlbəttə, biz öz vətəndaşımız üçün mübarizə aparacayıq və mütləq onu əsirlikdən azad edəcəyik. Ermənistan tərəfi düşünməsin ki, Azərbaycana bu yollarla təzyiq göstərmək olar. Ermənistan Azərbaycanla münasibətlərin normal qonşuluq münasibətində olmasına səy göstərməli və addımlar atmalıdır".