Vüqar su içdiyi üçün vəfat edib? - Həkim inkar etdi

08:00 - 12 Dekabr 2023

Vüqar su içdiyi üçün vəfat edib? - Həkim inkar etdi

Bir neçə gün öncə AzTV-nin 24 yaşlı əməkdaşı olan Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından vəfat etməsi ilə bağlı xəbər vermişdik.

 

Manset.az  xəbər verir ki, mövzu ilə əlaqədar Axar.az-a açıqlama verən mədə-bağırsaq (laparoskopik bariatrik-metabolik) cərrahı Taryel Ömərov maye qəbulunun ani ölümə səbəb olması ehtimalını inkar edib.

"Maye qəbulu xəstənin həyatının itirilməsinə səbəb ola bilməz. Bu tromboemboliyanın fəsadlarından biridir", - o qeyd edib.

Cərrah bildirib ki, pasiyent evə buraxılarkən bütün risklər izah olunmalı, tromboembalyanı önləmək üçün qandurulaşdırıcı maddələrin çəki və yaşa uyğun 8-10 gün müddətində istifadəsi tövsiyə edilməlidir:

"Belə əməliyyatlar üçün xəstələrin çox ciddi şəkildə bu işlə məşğul olan və peşəkar komandası olan uğurlu kilinkalara müraciət etməsi məsləhətdir".

Qeyd edək ki, bir neçə gün öncə AzTV-nin gənc əməkdaşı Vüqar Rəsulov dünyasını dəyişib. Onun mədəkiçiltmə əməliyyatı etdikdən sonra çoxlu maye qəbul etdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az